Bakıda müsəlman ölkələrin səfirlik nümayəndələrinə iftar verildi - Foto

Bakıda müsəlman ölkələrin səfirlik nümayəndələrinə iftar verildi – Foto

ən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF), Avrasiya üzrə Regional Mərkəzi İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Azərbaycanda akkreditə olan diplomatik missiyaları üçün iftar məclisi təşkil edilib.

FENOMEN.AZxəbər verir ki, tədbirdə İKGF Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov çıxış edərək iftar dəvətini qəbul etdiyi üçün qonaqlara öz təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, bu cür mənəvi dəyəri olan tədbirlər həm də müsəlman ümmətinin nümayəndələri arasında səmimi münasibətlərə öz töhfəsini vermiş olur.

E. Əsgərov Azərbaycan-İƏT münasibətlərinə toxunaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Azərbaycanın diplomatik xidmət orqanlarının rəhbərlərinin 5-ci müşavirəsindəki nitqində Azərbaycanın İƏT çərçivəsindəki fəaliyyətinə verdiyi önəmi, İƏT daxilindəki fəaliyyəti yüksək qiymətləndirməsini və bu fəaliyyətin bundan sonra da maksimum genişləndirilməsi haqda tapşırıqlarını xatırlatmış və İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin Azərbaycan xarici siyasəti üçün prioritet sahələrdən biri olduğunu qeyd etmişdir. E.Əsgərov bu iftar süfrələrinin artıq xoş ənənəyə çevrildiyini qeyd etmiş və İKGF-nin fəaliyyəti haqda qonaqlara qısa məlumat vermişdir. O, bu il Forumun öz fəaliyyətinin onuncu ilinə qədəm qoyduğunu və bununla bağlı, sentyabr ayında İstanbulda 45-dən artıq müsəlman ölkəsinin gənclər təşkilatlarının iştirakı ilə təntənəli beynəlxalq yubiley mərasiminin keçiriləcəyini qeyd etmişdir. O, həmçinin öz çıxışında İKGF-nin tarixi, strukturu, təsis olunandan sonra həyata keçirilən beynəlxalq tədbirləri -Sivilizasiyaların İttifaqı uğrunda Qlobal Gənclər Hərəkatı, “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası, dünyada ilk dəfə olaraq 2011-ci ildən etibarən Azərbaycanda həyata keçirilməyə başlayan və hazırda 35-dən artıq ölkədə mütəmadi həyata keçirilən İƏT Modeli, İƏT ölkələri Gənc Sahibkarlar Şəbəkəsi kimi davamlı layihələr və müsəlman ölkələri gənclərinin inkişafı və əməkdaşlığına xidmət edən onlarla digər beynəlxalq tədbir, aksiya və kampaniyalar haqqında məlumat vermişdir. İftar məclisində iştirak edən dipkorpusun adından Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri cənab Xalid Osman Qayser və İndoneziya Respublikasının səfiri cənab Prayano Atiyanto çıxış edərək qeyd etmişlər ki, bu gün dünya çox həssas dönəmini yaşayır və belə dönəmdə müsəlman ölkələrinin, xüsusilə gənclərinin əməkdaşlığı, bir birini tanıması, müsəlman ölkələri arasına salınmağa cəhd edilən nifaqı aradan qaldıraraq bir birinə dəstək vermələri və birliyi çox zəruridir. Bu gün müsəlman ölkələri gəncləri üçün təhsil və inkişaf nə qədər zəruridirsə, öz kimliklərini qoruyaraq bir birilə dostluq və əməkdaşlığı genişləndirmələri o qədər zəruridir və bu baxımdan İKGF-nin İƏT ölkələri gənclərinin əməkdaşlığına yönəlmiş layihələrini yüksək qiymətləndirdiklərini bildirmişlər.

loading...