Bakıda dilənçilik edən 46 azyaşlı yaxalandı
Fenomen.Az

Bakıda dilənçilik edən 46 azyaşlı yaxalandı

Bakı polisi dilənçilərin yaxalanması istiqamətində əməliyyat keçirib.  

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.  Məlumata görə, dilənçilərin yaxalanması üçün əməliyyatı Binəqədi rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü, 6-cı polis bölməsi, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları keçirib.  Yanvarın 2-4 tarixlərində polisin keçirdiyi profilaktiki tədbirlər nəticəsində paytaxt ərazisində avara və dilənçi həyat tərzi keçirən 20 kişi, 32 qadın, 46 azyaşlı saxlanılıb. Polis əməkdaşları onlarla fərdi söhbətlər aparıb, barələrində inzibati qaydada protokol tərtib ediblər. Sonra onların qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.

loading...