Azərbaycanın işğal altında olan torpaqlarının son fotoları yayılıb

Azərbaycanın işğal altında olan torpaqlarının son fotoları yayılıb

Fenomen.Az anspress-ə istinadən xəbər verir ki, fotoları erməni fotobloqer Albert Voskanyan paylaşıb. O, bu ayın əvvəllərində erməni işğalı altında olan Əsgəran rayonunun Xndzristan kəndindən olan fotolar paylaşıb. Azərbaycanın əzəli torpaqları olan kənd Qarabağ savaşından sonra xeyli zərər çəksə də, təbiətin bəxş etdiyi gözəlliyi ilə görənləri heyran edir.

Bloqqer Ağdərə rayonunun Talış kəndində də olub. Talış kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Talış kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Talış kəndi Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı kənd erməni işğalçılarından azad edilib. Lakin 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən nəzarət altına alıblar. Talış kəndi döyüş bölgəsinə yaxın məsafədə yerləşir və Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altındadır.



















loading...