Azərbaycanda Yeni il bayramı günlərinin hava proqnozu açıqlandı

Azərbaycanda Yeni il bayramı günlərinin hava proqnozu açıqlandı

Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli və bir qədər soyuq keçəcəyi, dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında dekabrın 31-də havanın temperaturu səhər və gündüz 4-6° isti, axşam 2°-yə yaxın isti olacağı gözlənilir.

Yanvarın 1-də soyuq, küləkli hava şəraitinin davam edəcəyi, temperaturun gündüz saatlarında 1-3° isti olacağı, axşama doğru isə 0°-yə yaxınlaşacağı gözlənilir. İlkin ehtimala görə, Abşeron yarımadasında yağıntının sulu qara keçəcəyi istisna olunmur.

Azərbaycanın rayonlarında dekabrın 31-də günün ikinci yarısında, əsasən, şimal və şərq rayonlarından başlayaraq hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Yanvarın 1-də əksər rayonlarda yağıntılı olacağı, bəzi rayonlarda sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.

loading...