İşlənmiş maşın alarkən diqqətli olun! - Video

İşlənmiş maşın alarkən diqqətli olun! – Video

İşlənmiş avtomobil alan zaman bəzi nüanslara diqqət etmək lazımdır, çünki aldana bilərsiz. Bəzi alverçilər satdıqları avtomobilin detallarını ucuz və keyfiyyətsizlərlə dəyişir. Hətta bəzi detallar var ki, onda sıxmalar aparmaqla ömrünü uzatmaq mümkündür.

Bir çox avtomobil sahibləri də maşını tezliklə satmağı planlaşdırdığı üçün təmir etdirərkən xərci az olsun deyə dublikat ehtiyat hissələrinə üstünlük verirlər. Ehtiyat hissələri satıcıları isə original və dublikat arasında böyük qiymət fərqi olduğunu deyir.

Mütəxəssislər bildirir ki, avtomobil alanlar həmin vaxt aldanmamaq üçün nasazlıq müşahidə edilməsə də mütləq güvəndikləri ustaya müraciət etməlidirlər.

xezerxeber-in mövzu ilə bağlı videomaterialını təqdim edirik:

loading...