423 min avtomobil geri çağırıldı

423 min avtomobil geri çağırıldı

Yaponiyanın “Toyota” avtokonserni “lüks” sinfinə məxsus 423 min avtomobilini geri çağırdığını bəyan edib.

Fenomen.az ANS PRESS-ə istinadən məlumatına görə, geri çağırışa səbəb kimi həmin avtomobillərin yanacaq ötürmə sistemində aşkar edilmiş qüsurlar və bu nasazlığın avtomobilin yanmasına gətirib çıxara biləcəyi göstərilir. Məlumata görə, geri çağırış 2006-2011-ci illərdə istismara çıxarılmış “Lexus GS” modeli də daxil olmaqla, 5 modelə şamil ediləcək.

Ödənişsiz təmir olunacaq bu avtomobillərin əksəriyyəti Amerika bazarında satılıb, lakin geri çağırışın Yaponiyanın dazxili bazarına da qismən təsir göstərəcəyi bildirilir.

Bu, son 2 gün ərzində yapon avtomobil nəhənginin ikinci geri çağırışıdır. Çərşənbə günü «Toyota» bütün dünyada satdığı 1 milyon 75 min avtomobilini geri çağırmışdı. Bu ilin əvvəllərindən avtomobil nəhənginin müxtəlif qüsurlarla əlaqədar geri çağırdığı avtomobillərin sayı 11 milyonu ötüb.

 

loading...