Voleybol üzrə dünya çempionatı: Azərbaycan Belçika ilə bacarmadı
loading...

Voleybol üzrə dünya çempionatı: Azərbaycan Belçika ilə bacarmadı

Belçikalılar daha üstün oyun sərgilədilər.

İtaliyada keçirilən voleybol üzrə dünya çempionatı davam edir.

Fenomen.Az Azerisport.az-a istinadən xəbər verir ki, DÇ-də mübarizə aparan Azərbaycan voleybolçuları bu gün növbəti matça çıxıb.

Qızlarımızın rəqibi Belçika yığmasıydı. Komandamız qalib gəlsə, liderlər qrupundakı mövqeyini yaxşılaşdıra bilərdi. Lakin təəssüf ki, belçikalılar daha üstün oyun sərgiləyərək, yığmamıza set vermədən qalib gəliblər.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyununda Yaponiyaya qalib gəlib (3:2), Çinə 0:3 hesabıyla uduzub, Puerto-Rikanı 3:2 hesabıyla üstələyib.


loading...