Meymun ölmək üzrə olan yoldaşını xilas etmək üçün əlindən gələni etdi - Video

Meymun ölmək üzrə olan yoldaşını xilas etmək üçün əlindən gələni etdi – Video

Hindistanda meymun insanlıq dərsi verib. Kanpur şəhərində bir meymun dəmiryol relslərinin üstündəki yüksək cərəyanlı xətdə gəzəndə onu elektrik vurub. Digər meymun isə onu xilas etmək üçün uzun müddət səy göstərib.

Yoldaşını relslərin arasında tapan meymun, diğər meymunu özünə gətirmək üçün dişləmək, vurmaq və relslərin arasındakı su gölməçəsinə salmaq da daxil olmaqla hər üsula əl atır.

O ərəfədə qəzanın baş verdiyi qatar stansiyasında olanlar meymunun bu hərəkətlərini mobil telefonla çəkiblər.

Hindistanda sürətlə qırılan meşələrin yoxluğu üzündən meymunlar tədricən insanların yaşadığı bölgələrə daha çox girməyə başlayıb. Demək olar ki, insanlarla bir yerdə yaşayan bu heyvanlar vaxtlarını yemək axtarmaqla keçirir.

20 dəqiqə səylərinin ardından meymun yoldaşını özünə gətirə bilib.  (ANS PRESS)

loading...