Vampir-balıq kəşf edildi
loading...

Vampir-balıq kəşf edildi

Bioloqlar Somali mağaralarında çox nadir tapılan balıq kəşf ediblər.

Fenomen.az xəbər verir ki, balığın hüceyrələrində DNA mutasiyalarına cavab verən xüsusi sistem yoxdur. Bu isə günəş şüalarını balıq üçün ölümcül edir.
Balığın orqanizmində bütün canlılarda olan DNA təmir edən sistem yoxdur. Maraqlıdır ki, belə bir hal platsenarlarda da baş verib. Nikolas Folkun ehtimalına görə, qədimdə canlılar qaranlıqda yaşayıblar.

Avropa, Asiya və Amerikada əhalinin milyondan bir nəfəri qeyri-adi xəstəlikdən əziyyət çəkir. Tarixçilərin fikrinə görə, bu xəstəlik vampirlər haqqında əfsanələrin yaranmasına təkan verib. Söhbət nadir genetik xəstəlik sayılan piqment kserodermindən gedir.

Somalidə kəşf edilən balıq “phreatichthys andruzzii” adlandırılıb. Onun genlərini tədqiq edən alimlər bir neçə qəribə hal ilə rastlaşıblar.(ölkə.az)


loading...