Uzunömürlü olmasının sirrini bölüşdü - Fotolar

Uzunömürlü olmasının sirrini bölüşdü – Fotolar

Böyük Britaniyada yaşayan Doris Oliv Nettinq adlı qadın 100 illik yubileyini qeyd edib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Doris uzunömürlü qalmağının sirrini də bölüşüb.

Belə ki, Doris bu yaşına çatmasına səbəb kimi hər gün içdiyi pivəni göstərib.

Qadın bildirib ki, həkimlər ona bir neçə də bu vərdişindən uzaqlaşmağı məsləhət görsələr də, lakin o, hər gün bir stəkan pivə içməyi tərgitməyib.

Qeyd edək ki, yaşlı qadını yubileyi münasibəti ilə Britaniya şahzadəsi də təbrik edib.


loading...