Üzündə çivzə olanlara KOSMETOLOQ MƏSLƏHƏTİ | Fenomen

Üzündə çivzə olanlara KOSMETOLOQ MƏSLƏHƏTİ

Elə bir insan tapılmaz ki, yaşının hansısa mərhələsində və ya ümumiyyətlə, ondan heç vaxt əl çəkməyən çivzə problemindən şikayət etməsin. Çivzə nədir, niyə və necə yaranır?

Fenomen.Az xəbər verir ki, aile.lent.az həkim-kosmetoloq, dermotoloq Günay Mikayılovanın civzələrlə bağlı məsləhətlərini təqdim edir.

 

G. Mikayılova dərisində çivzə olan insanların ilk növbədə həkimə müraciət etməsini və bunun səbəbinin araşdırlmasını məsləhət görür. Həkim-kosmetoloq bildiri ki, çivzələr – səpki xəstəliyi hormonal fonun pozğunluğu, mədə-bağırsaq problemləri, bağırsağın diskfunksiyası, yəni təmiz işləməməsi, yumurtalıqların normal fəaliyyət göstərməməsi, dərinin yağlılıq səbəbi, üzdə demodokoz xəstəliyi, yəni dəriyə üz gənəsi düşdükdə və. s. səbəblərdən yarana bilər: “Gənə sözündən qorxmaq lazım deyil. İnsanların 90 faizində həmin gənə var. Bu, şərti potogen parazit hesab olunur. Dərinin immun sistemi özünü parazitdən qoruyur. Amma yağlı dəridə immun sistemi çökdükdə parazitin inkişafı üçün lazım olan şərait yaranır. Üzə düzgün gigiyenik qulluq etmədikdə gənənin inkişafına şərait yaranır. Gənənin qidası piy vəzlərinin yağıdır. Gənə 100 faiz xəstəlik deyil. Sadəcə olaraq gənənin sayı çoxdursa və dəridə problemlər yaradıbsa, onunla mütləq mübarizə aparmaq, yəni müalicə etmək  lazımdır”.

 

Çivzələrin əmələ gəlməməsi üçün dəriyə düzgün qulluq etmək lazımdır. G. Mikayılova xüsusən də yağlı dərinin hər gün təmizlənməsinin vacib olduğunu vurğulayır. Yağlı dəri özünə uyğun təmizləyici vasitələrlə təmizlənməlidir. Əks halda daha bir problemin əmələ gəlməsinə zəmin yaranır: “Yağlı dərisi olanlar 3 həftədən bir kosmetoloq qəbuluna gedib daha dərində olan, yığılıb qalan piy vəzlərindən azad olunmalıdırlar. Dəri piy vəzlərinin ifrazatından, ölmüş hüceyrələrdən təmizlənməldir. Bəzən pasientlər bir dəfə təmizlənməklə kifayətləndiklərini deyirlər. Hər gün dişlərimiz, əllərimiz, üzümüzü yuduğumuz kimi, üz dərisi də hər gün təmizlənməlidir. Üz dərisi bizi xarici təsirlərdən qoruduğu, daha çox çirkləndiyi üçün heç olmasa ayda bir dəfə dərindən təmizlənməlidir. Üz daha çox çirklənən orqandır. Havada olan oksigen üz dərisindəki yağla kimyəvi reaksiyaya girir və bunun fəsadları üz dərisində özünü göstərir”.

 

Həkim-kosmetoloq qeyd edir ki, 12-13 yaşından üzə qulluq etmək lazımdır. Çünki məhz həmin yaşlarda bədəndə hormonal fon dəyişilir, uşaqlar keçid dövrünə qədəm qoyan kimi hormonal partlayış baş verir. Bu partlayış isə hər cür problemə səbəb ola bilər: “Dəridə səpki-çivzələrin yaranması da həmin problemlərdən biridir. O mərhələ başlamazdan əvvəl artıq analar evdə övladlarına dəriyə düzgün qulluq etməyi öyrətməlidirlər. Dəri vaxtlı vaxtında təmizlənməli, maskalar qoyulmalıdır. Səpki çıxan zaman özünümüalicə qəti qadağandır. Özünümüalicə ən böyük düşməndir. Çünki səbəbi bilinmədən düzgün müalicə aparılmadıqda dəridə çapıqlar yarana bilər və səpkilər yayılar, dərinin immuniteti düşər. Yaxşısı budur mütəxəssisə müraciət olunsun. Diaqnoz qoyulduqdan, müalicə edildikdən sonra işinizi bitmiş hesab etməyin. Bundan sonra da dəriyə düzgün qulluq etmək lazımdır”.

 

Səpkilər daha çox payız və yaz aylarında özünü göstərir. Yay aylarında günəş şüaları səpkiləri qurudur, lakin ləkə yaranır. Bu cür səpkilər əsasən daxili oqranlarla bağlıdır: “Menstruasiya vaxtı da səpkilər yaranır, bu da hormonal fonla bağlıdır. Menstruasiya vaxtı müəyyən hormonların səviyyəsi artır, yaxud azalır, yəni disbalans əmələ gəlir. Əslində bu, normaldır. Amma dəri bunu başa düşmür və immunitet qəfil dəyişir. Bu, qorxulu hal deyil. Amma əgər səpki artırsa, mütləq həkimə müraciət edilməlidir. Çünki çox güman ki, hormonlar özünü düzgün aparmır”.

 

Bəzən səpkilər ev şəraitində təbii üsullarla müalicə edilir. Təbii üsullarla müalicədə meyvə-tərəvəzlərlə pilinq ümid yeri olur: “Buna AHA pilinq proseduru deyilir, yəni, alfohidroksid turşularla pilinq. Bütün meyvə-tərəvəzlərdə AHA turşular var. Ev şəraitində bu cür pilinq edildikdə salonda mütəxəssis tərəfindən edilən pilinqin az faizdə nəticəsini əldə etmək mümkündür. Amma buna çox ümidlənmək də lazım deyil. Sadəcə köməkçi prosedur ola bilər, çünki aşağı faizlidir. İrinli üzə ev şəraitində pilinq etmək məsləhət görülmür. İrinli üz artıq böyük problemdir, bu zaman mütləq mütəxəssisə müraciət etmək lazımdır”.


INSTAGRAM - Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin
loading...
loading...