Üzeyir Neymarla bir arada - Foto
loading...

Üzeyir Neymarla bir arada – Foto

ABŞ-da yaşayan məşhur azərbaycanlı sirk ustası Üzeyir Novruzov Braziliyanın ulduz oyunçusu Neymarla görüşüb.

O, görüşdə çəkilmiş fotosunu Instaqram hesabında paylaşıb.

Neymardan imza alan Üzeyirin fotosu İnstaqram izləyiciləri tərəfindən maraqla qarşılanıb.

İspaniyanın “Barselona” futbol klubunun ulduz oyunçusu azərbaycanlı ilə görüşə öz oğlunu da gətirib.

Qeyd edək ki, Üzeyir Novruzov hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı “America’s Got Talent” yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə edib.

O, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

Üzeyirin Neymarla fotosunu təqdim edirik: (Teleqraf.com)


loading...