Üzeyir daha bir məşhur şouda - Video

Üzeyir daha bir məşhur şouda – Video

Azərbaycanlı sirk ustası Üzeyir Novruzov Rusiyanın “Лига удивительных людей” (Qəribə insanların liqası) adlı beynəlxalq yarışmasına qatılıb.

Istedadlı şəxslərin qatıldığı yarışmada Novruzov artıq ilk çıxışını da edib.

“Rossiya 1” kanalında efirə gedən şouda həmyerlimiz “Vertikal balans” nömrəsi ilə çıxış edib. Braziliyalı tərəf müqabili ilə yarışan Üzeyir münsiflərin rəğbətini qazanıb və ona qalib gəlib.

Novruzov azərbaycanlı olduğunu, amma Rusiyanı təmsil etdiyini söyləyib.

Qeyd edək ki, o, “America’s Got Talent” müsabiqəsinin finalçısı olub. (axşam.az)


loading...