"Türkiyəyə alverə gedirdin, o bahalı maşını hardan almısan?"

“Türkiyəyə alverə gedirdin, o bahalı maşını hardan almısan?”

“İllərdir işləyirəm, mən ala bilmirəm. Sən o bahalı maşını hansı pulla sürürsən”.

Bu sözləri ötən gün “Maşın” şounu tərk edən müğənni Əli Mirəliyev aktrisa Pərvin Abıyevanın ünvanına deyib.

Müğənni ilə aktrisa arasında efir zamanı qalmaqal yaşanıb. Ə.Mirəliyev bildirib ki, onlar mahnı oxuyanda Pərvin “Qocalar bizi bezdirib” sözlərini deyib. Daha sonra tərəflər arasında səslər yüksəlib.

Pərvin “Sizin nəvəniz yaşındayam, səsinizi qaldırmayın. Elə söz eşitmisinizsə, gəlin məndən soruşun. Dedim ki, onların oxuduğu musiqini başa düşmürəm. türkiyədə filmə çəkilən yeganə gənc aktrisayam” sözlərini deyib.

Əli isə bu sözlərə əsəbiləşib “Musiqiyə toxunmayın, siz başa düşməyəcəksiniz. 50 ildir oxuyuram, maşın ala bilmirəm. Türkiyə bura yaxındır, sən ora alverə gedirdin” deyib. Efirdə Ə.Mirəliyevin mikrofonu bağlanılıb. (axşam.Az)


loading...