Türk şəhidlərinin adları açıqlandı - Foto

loading...

loading...

Türk şəhidlərinin adları açıqlandı – Foto

Türkiyə Silahlı Qüvvələrinin Afrindəki “Zeytun budağı” hərəkatının 22-ci günündə şəhid olan əsgərlərinin adları açıqlanıb.

Bununla bağlı TSQ Baş Qərargahı məlumat yayıb:

“Əməliyyatların 22-ci günündə Həmzə Qaracaoğlu, Sərdar Ege, Koray Qaraca, Həsən Quş, Burak Akalın, Halis Qoca, Enes Sarıaslan, Mehmet İlkər Qaraman, Hüseyn Şahin və Ərdəm Mut şəhid olub”.

Qeyd edək ki, dünən TSQ-ya məxsus Atak helikopteri də vurulub. Olaydan sonra hərəkətə keçən türk ordusu 39 terrorçunu məhv edib.


loading...