Tünzalə dopinq qəbul edib?
loading...

Tünzalə dopinq qəbul edib?

Əməkdar artist Tünzalə Ağayevanın dopinq qəbul etməsi haqda xəbər yayılıb.

Müğənni “ATV maqazin onlarla” verilişinə açıqlamasında məsələyə aydınlıq gətirib. İfaçı son günlər çox çalışmasına görə, haqqında belə şayiələr yayıldığını deyib:

“Dopinq dediyimiz enerji də olacaq, gözlər parıldayacaq, işimiz yaxşı gedəcək. Enerji çox önəmlidir. İçimdə fonoqrama var, ona görə. Mən sadəcə normal həyat tərzi yaşayıram. Sağlam qidalanıram, idmanla məşğulam, normal yatıram, dururam.

İçin təmiz olsun. Sənətə valeh olmaq lazımdır, kiminsə evinə, maşınına yox. Ya onun dedi-qodusunu deyəcəklər, ya ətəyinin qısa, uzun olmasını danışacaqlar. Biri konsert veribsə, yaxşı geyinir, klip çəkir, uğurlu layihəsi varsa, ona sevinmək lazımdır.

Uğur sevgidən, səmimiyyətdən başlayır. Qaranlıq münasibətlə olmur”.  (axşam.az)

Digər Şou biznes xəbərləri


loading...