Transparan geyindi... - 5 il həbs gözləyir
loading...

Transparan geyindi… – 5 il həbs gözləyir

Misirdə 30 yaşlı aktrisa Rania Yusuf 40-cı Beynəlxalq Qahirə Film festivalının bağlanış mərasiminə transparan libas geyindiyinə görə barəsində cinayət işi açılıb.

Cinayət işi bir qrup vəkilin “Rania Yusufun hərəkəti Misir xalqını alçaltmaq və misirli qadınların adını ləkələməkdir” şikayətindən sonra açılıb.

Şikayətdən sonra hərəkətə keçən Misir Baş Prokurorluğu aktrisanın yanvarın 12-də məhkəmə qarşısına çıxmasına qərar verib. İddialar sübut olunarsa Rania Yusuf 5 il azadlıqdan məhrum edilə bilər. (teleqraf.com)


loading...