"Təranənin adı gələndə hamı bilir ki..." - Renkadan sərt cavab

“Təranənin adı gələndə hamı bilir ki…” – Renkadan sərt cavab

Prodüser Təranə Səmədova ilə rəqqasə Renka (Rəna Ağamuradova) arasında qalmaqal davam edir.

Rəqqasə T.Səmədovanın onun haqda səsləndirdiyi sərt ittihamlara cavab verib.

O, “Günə davam” verilişində qalmaqalı daha da alovlandıracaq sözlər deyib:

“Təranə, sənin keçmişinə baxsaq biz nələr görərik. Mənim gülməyim gəlir, rəqqasə desin ki, o, masalara yaxınlaşmır. Boş söhbətdir. Bizim pulumuz masalardan çıxır. Təranə deyib ki, onun vücuduna tamah salan çoxdur, nəinki, mənimkinə. Qoy, elə olsun. Təki, sənin bədəninə tamah salsınlar, mən başımı salım işimi görüm. Utanmadan mənə deyirsən ki, lüt oynayıram. Sən məndən betərsən. Guya, sən belə əxlaqlı, belə tərbiyəli qadınsan?”.

Rəqqasə prodüserlə aralarındakı mübahisənin səbəbinə də aydınlıq gətirib:

“Bizim aramızdakı dava kişi davası deyil. Tamam başqa söhbətdir. Onun bir-iki hərəkətini gördüm, xoşuma gəlmədi. Təranənin adı gələndə, hamı bilir ki, qalmaqal olmalıdır. Ona salam vermək belə istəmirəm. Qadın kimi ona hörmət eləmirəm. Çox təəssüf, adım onun adı ilə hallanıb. Amma hamı məni də tanıyır, onu da”.

Xatırladaq ki, T.Səmədova ötən gün Renka haqda böyük səs-küyə səbəb olan sözlər deyib. O, bildirib ki, rəqqasəni uzun müddətdir tanıyır və keçmişini bilir:

“Mən səmimi etiraf edəcəm. Oriental rəqsini o vəziyyətə salıblar ki, rəqqasə stol-stol gəzir və masalardan pul toplayır. Mən Renkanı turbaya dolanan vaxtından tanıyıram. Üzr istəyirəm, onun qucağından bunun qucağına atılan vaxtından tanıyıram. Yəni biri var masaya yaxınlaşasan, biri də var ki, bu qucaqdan atalar o birinə. Özümə ayıb bilirəm bunları danışmağı. Amma o insanın mənə “sənə qadın kimi hörmətim yoxdur” deməsi bir az gülünc haldır”.

Qeyd edək ki, T.Səmədova bundan öncə saytımıza bildirmişdi ki, onunla Renka arasında dava bir ildən çoxdur davam edir:

“Əslində qalmaqalın səbəbi başqadır. Dava kişi davasıdır. Renkanın keçmiş sevgilisi mənim dostumun dostudur, münasibətlərimiz var. O da məndən inciyib ki, keçmiş sevgilimlə niyə dostluq edirsən”. (axşam.az)


INSTAGRAM - Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin
loading...