Siçanlar bankomatı “soydu” - FOTO
loading...

Siçanlar bankomatı “soydu” – FOTO

Hindistanın Tinsukia bölgəsində bankomata girən siçanlar 12.38 lakh pulu (təxminən 3 milyon 233 min manat) yeyiblər.

Özəl mühafizə şirkətlərindən biri Hindistan Dövlət Bankına 29.48 lakh pul ödəniş edib. Bankomat isə bir neçə gün sonra işləməyib.

Oxu.Az “IndiaTimes”a istinadən xəbər verir ki, gələn şikayətlərdən sonra bankomatı açan şirkətin nümayəndələri içəridə hissələrə bölünmüş əskinaslarla və ölü siçanlarla qarşılaşıb.

Siçanların isə bankomata necə girməsi naməlumdur. Hindistan polisi faktla bağlı araşdırma aparır.


loading...