Sevda Yəhyayeva 30 saniyəlik reklam çarxı üçün 15 min qazandı | Fenomen

Sevda Yəhyayeva 30 saniyəlik reklam çarxı üçün 15 min qazandı

  0 Comments

Sevda Yəhyayeva Fransanın məşhur telefon brendinin Azərbaycan üzrə siması seçilib.

Fenomen.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq müğənni şirkət rəsmiləri ilə ötən gün müqavilə imzalayıb.

Sənətçi yanvar ayının sonunda reklam çəkilişlərinə start verəcək.

Azərbaycana yeni gətirilən brendin təqdimat mərasimində S. Yəhyayevanın özü də iştirak edəcək.

İfaçı 30 saniyəlik reklam çarxı üçün 15 min AZN qonorar alacaq.


Fenomen.az saytı ilə əlaqə üçün E-mail: info@fenomen.az
INSTAGRAM- Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin