Selena Qomez əməliyyatdan sonra ilk reklamına çəkildi - fotolar


Selena Qomez əməliyyatdan sonra ilk reklamına çəkildi – fotolar

Amerikalı müğənni Selena Qomez böyrəkköçürmə əməliyyatından sonra ilk dəfə reklama çəkilib.

25 yaşlı ifaçı əməliyyatı səbəbindən bir müddət bütün layihələrini təxirə salmalı olmuşdu. Selena “Coach” brendinin yeni aksesuarlarını təqdim etmək üçün kamera qarşısına keçib.

Qomezin şəkillərini fotoqraf Stiven mayzel çəkib. Onun stili üzərində Karl Templer və Pet MakQrat işləyib.  (axşam.az)


loading...