"Sitrus pəhrizi" ilə ideal bədən quruluşuna sahib ol

“Sitrus pəhrizi” ilə ideal bədən quruluşuna sahib ol

Sitrus meyvələri orqanizmi zəhərli maddələrdən təmizləyir, sellüliti yox edir, piyləri parçalayır.

FENOMEN.AZ  saytı xarici mətbuata istinadən sizi tez bir zamanda ideal bədən quruluşuna çatdıracaq pəhrizi təqdim edir.

“Sitrus pəhrizi” şəkər xəstələrinə və mədə xorasından əziyyət çəkənlərə qadağandır.

I gün

I gün
Səhər:
25 qr. yağsız kolbasa və 2 dilim qara çörək, 200 ml. qreypfrut şirəsi, 30 dəqiqədən sonra acı çay.

 

Nahar:
Bitki yağı ilə qarışdırılmış tərəvəz salatı, 1 ədəd qreypfrut və şəkərsiz çay.

 

Şam:
Üzərinə limon şirəsi tökülmüş kahı.

 

II gün
Səhər:
2 ədəd suda bişmiş yumurtanın sarısı, 1 stəkan təzə sıxılmış portağal şirəsi, 30 dəqiqədən sonra acı kofe.

 

Nahar:
150 qr. yağsız kəsmik, 50 qr. pendir, 1 ədəd portağal.

 

Şam:
Pomidor, xiyar, şirin bibər, limon şirəsi və bir az bitki yağından hazırlanan salat, 1 parça buxarda bişmiş balıq, 1 dilim qara çörək.

 

III gün:
Səhər:
Suda bişmiş yulaf, 2-3 ədəd kişmiş, 1 stəkan qreypfrut şirəsi.

Nahar:
Ət bulyonu, 200 qr. suxarı.

Şam:
2 ədəd buxarda bişmiş kabaçok,  soyutma toyuq filesi, 0,5 ədəd qreypfrut.

IV gün
Səhər:
1 ədəd suda bişmiş yumurta, 1 stəkan pomidor şirəsi, 30 dəqiqə sonra qara çay.

Nahar:
Limon şirəsi və zeytun yağından hazırlanan kök salatı, 1 orta böyüklükdə qreypfrut.

Şam:
Suda bişmiş 200 qr. yaşıl tərəvəzlər, 2 ədəd kivi, zəncəfilli və limonlu çay.

V gün
Səhər:
200 qr. meyvə salatı (üzüm, quru meyvə və banan olmaz), 2 xörək qaşığı yağsız yoqurt.

Nahar:
Suda bişmiş kartof, yaşıl tərəvəzlərdən salat.

Şam:
2 ədəd sobada bişmiş pomidor, 200 qr. suda bişmiş mal əti, 1 stəkan qreypfrut şirəsi.

 

loading...