Qarabaşaq Sevənlər, 1 Həftəyə 7 Kiloqram ARIQLAYIN!

Qarabaşaq Sevənlər, 1 Həftəyə 7 Kiloqram ARIQLAYIN!

Aile.fenomen.az saytı məlumat verir ki, 
Dietoloqlar qarabaşaq pəhrizi ilə artıq çəkilərdən qurtulmağın və ən əsası orqanizmin təmizlənməsinin yeni sirrini açıblar.Bu pəhriz növü xüsusilə Ukraynada məşhurdur. Bu pəhrizi saxlamaq üçün qarabaşaq sıyığı və qatıq lazımdır. Bu pəhrizi həyata keçirərkən orqanizm öz artıq lazımsız sularını kənara atır.Bu pəhrizin köməyilə sutka ərzində 1 kiloqrama qədər çəki atmaq mümkündür.
Bu pəhrizin insanlar tərəfindən çox sevilməsinin ən böyük səbəblərindən biri onun ucuz başa gəlməsi və effektinin yüksək olmasıdır.Lakin, bir nüans mövcuddur ki, bu pəhriz hər kəs tərəfindən saxlanıla bilməz.Xroniki xəstəliyi, xüsusilə də mədə – bağırsaq traktı fəaliyyətində pozğunluğu olan şəxslər bu pəhrizdən uzaq durmalıdırlar.
Bu pəhrizi saxlamaq istəyənlər aşağıdakı məlumatlara sahib olmalıdırlar :İlk öncə bilmək lazımdır ki, qarabaşağı yeyərkən yaxud hazırlayarkən onun içərisinə heç bir halda duz, şəkər, istiot, yağ yaxud dad vermək üçün hər hansısa bir sous əlavə etmək olmaz.Qarabaşağı hazırlayarkən onu qətiyyən bişirmək olmaz, onu bir fecə öncədən üzərinə isti qaynar su əlavə edib, örtüklə bağlayıb özünün dəmlənməsinə şərait yaratmaq lazımdır. Qarabaşağı gün ərzində müəyyən porsiyalarla qatıqla yemək lazımdır. Bu pəhrizi 4 -7 gün saxlamaq tövsiyə edilir.

loading...