Eyni anda orqazm olmaq mümkündürmü?

Eyni anda orqazm olmaq mümkündürmü?

Eyni anda orqazm olub-olmamaq bir çox cütlükləri düşündürən mövzulardandır.Türkiyəli həkim-mütəxəssis Gökçen Erdoğanın bu barədə fikirlərini təqdim edirik.

 

Bəzi insanlar xoşbəxt bir cinsi əlaqənin yaşanması üçün mütləq birlikdə orqazm olmağın vacib olduğunu düşünürlər. Lakin kişi və qadının bir-birindən fərqli olan fiziologiyası insanların orqazm olacaqları anı tam olaraq müəyyən edə bilməməyə səbəb olur. Bir-birlərinin cinsi tərəflərini tam olaraq və anında bilmələri kimi bir çox səbəblər cütlüklərin eyni anda orqazm ola bilmələrinə səbəb olur: “Eyni anda orqazm olmaq cütlüklərin bir-birini tanıması ilə bağlı olan bir haldır. Əslində eyni anda orqazm olmaq bir əfsanə deyil. Uzun müddətdir birlikdə olan cütlüklər və kontrollu sevişmə yaşayanlar eyni anda orqazm ola bilərlər. Lakin yenə də bu anların bir-biri ilə tam olaraq üst-üstə düşdüyünü də demək mümkün deyil. Bunlarla yanaşı, eyni anda orqazm olmaq yaxşı bir cinsi münasibət, ya da daha çox zövq almaq demək deyil. Birlikdə orqazm olmanın əhəmiyyətli və lazımlı olması fikri bir çox insanların cinsi əlaqədən narazı qalmasına yol açır. Ancaq nəzərə almaq lazımdır ki, orqazm bir neçə saniyə davam edir, sevişmək isə saatlarla davam edə bilər”.

 

Orqazm fikri sevişməkdən yayındırmasın

 

Eyni anda orqazm olmağı gözləmək insanın özü və tərəf müqabilinin cinsi tərəfləri ilə lazım olduğundan daha az maraqlanmasına gətirib çıxarır ki, bu da sevişməyin ləzzətini qaçıra bilər. Həkimin sözlərinə görə, bu cür vəziyyət sizi sevişən insan olmaqdan çıxarıb sevişmənin müşahidəçisi halına sala bilər. Eyni anda orqazm olmaq istəyi insanın özünün də orqazm olmasının qarşısını ala bilər: “Əslində orqazm sadəcə sevişən zaman və aldığınız cinsi həzzə kökləndikdə yaşanmalıdır. Lakin tərəf müqabilinizin də orqazm olub-olmaması fikri bütün bunları alt-üst edir”.

 

Qadınlar cinsi hiss baxımından şanssızdırlar

 

Qadın və kişinin orqazm yaşamasındakı fərqlilik cəmiyyətin sosioloji-kulturoloji quruluşu ilə də çox bağlıdır. Qadınlar cinsi elm baxımından çox məlumatsızdırlar və cinsi həyata kişilərdən daha gec başlayırlar. Bununla yanaşı, kişilərdən fərqli olaraq qadınların birdən artıq cinsi partnyoru olmadığı üçün cinsi məmnuniyyət baxımından daha şanssızdırlar: “Oğlanlar və qızlar fərqli şərtlər altında böyüyüb tərbiyələnirlər. Məhz buna görə də kişilər özünü və öz cinsi orqanını qadından və qadının cinsi orqanından daha dəyərli hiss edir. Çox zaman isə fərqində olmasa da, qadını özünü cinsi baxımdan doyduran varlıq kimi görür. Özünün də qadını təmin etməli olduğunu düşünmür. Bilsə də, bunun üçün həssaslıq göstərməsini lazımlı hesab etmir, üstəlik, özü orqazm olanadək ürəyi istədiyini edir. Qadın isə istəkləri qarşılanmadığı üçün həzz almadığı sevişmə yaşayır və həyatının önəmli rollarından birini oynayır”.

 

Kişilər daha tez, qadınlar daha gec

 

Qadın və kişinin fizioloji baxımdan fərqli olmaları onların cinsi tərəflərinin də fərqli olmasına yol açır. Əsasən kişilər daha tez, qadınlar isə yavaş həzzə gəlir. Lakin bu hal yaş artdıqca dəyişir. Kişilərin həzzə gəlməsi bir az uzanır, qadınlar isə daha tez həzz nöqtəsinə gəlib çatır. G. Erdoğanın sözlərinə görə, bir çox kişi üçün həzzə çatmaq cinsi birləşmədir: “Bir çox qadının orqazm olması üçün cinsi birləşmədən əvvəl klitorun stimullaşdırılması, bəzi qadınlar üçün isə cinsi birləşmə zamanı da klitorun stimullaşdırılmasının davam etdirilməsi lazım gəlir. Bəzən qadınlar orqazmı təqlid edir. Onları bunu etməyə vadar edən səbəb kişinin tez boşalma problemi yaşamasıdır. Orqazmı asanlaşdırmaq üçün bəzi gellərdən istifadə etmək olar. Son illər istifadə edilən G nöqtəsinə dolğu tətbiqi də edilə bilər”.

loading...