Cinsi istəksizlik yaşayan qadınlar, OXUYUN

Cinsi istəksizlik yaşayan qadınlar, OXUYUN

Qadınlarda cinsi istəksizlik partnyoruna qarşı fantaziya və cinsi istəyin azalmasıyla başlayır. Bəs bu cinsi istəksizliyin səbəbləri nədir?

Fenomen.AZ aile.lent.az-a istinadən bu yazısında qadınlarda cinsi istəksizlik və onun səbəblərindən bəhs edəcək.

 

Cinsi həyəcan hisslərin bir-birinə qarışdığı bir vəziyyətdir. Qürur, utancaqlıq, günahkarlıq kimidir. Bir insanın bilərəkdən və ya bilməyərəkdən cinsi həyəcanının qarşı tərəfə yönəlməsi nəticəsində bu həyəcan cinsi istəyə çevrilir. Cinsi istək məlum bir insanla cinsi həyat yaşamaq istəyidir. Hər hansı bir problemi olmayan cütlüklərdə cinsi həyəcan və istək birlikdə yaşanır. Ancaq bəzən qadınlarda cinsi istəksizlik yaşanır. Bunun bir neçə səbəbi var. Evliliklə bağlı problemlər, depressiya, münasibətin sona çatması buna səbəb ola bilər. Bu xəstəlikdə bir neçə pozuntu da bir arada ola bilər. Ağrılı cinsi münasibət, cinsi həyəcan və orqazm pozuntuları, hamiləliklə bağlı çətinliklər, tibbi çətinliklər və dərmanların əks təsirləri ola bilər.

 

Cinsi istəksizlik iki vacib məsələ ilə bağlıdır:

 

1. Ümumi etioloji səbəblər:

 

  • Yaş
  • Ümumi sağlamlıq problemləri
  • Keçmişdə yaşanmış mənfi nəticəli cinsi təcrübələr və tədbirlər
  • Evlilik və münasibət problemləri, depressiya
  • Dini inamlar, cinsi şəxsiyyət inkişafındakı qüsurlar
  • Hamilə qalmaqdan və ya cinsi yolla keçən xəstəliyə yoluxmaqdan qorxmaq
  • Bacara bilməmək qorxusu, güvənsizlik
  • Günah etmək və günahkarlıq hissləri
  • Cinsi əlaqənin sıxlığı və keyfiyyətinin aşağı olması

 

 

2. Təbii səbəblər

 

  • Hormonal pozuntular
  • Doğuş
  • Menopauza
  • Dərmanların əks təsiri

 

 

Cinsi istəksizliyin əlamətləri

 

Cinsi istəksizlik aşağıda sadalananların ən azı 3-ü ilə özünü göstərir. Bu əlamətlər ən azı 6 ay davam etməlidir. Həmçinin bu əlamətlər qadınlarda klinik baxımından bəlli bir problemə səbəb ola bilər.

 

  1. Cinsi münasibətə marağın olmaması, ya da çox az maraq göstərmə
  2. Cinsi münasibət haqqında fikrin olmaması və ya bu barədə çox az düşünmək
  3. Cinsi münasibətə başlaya bilmək həvəsinin olmaması, buna cəhd etməmək və ya həyat yoldaşınız cəhd edən zaman ona qarşılıq verməmək
  4. Cinsi həyatdan iyrənmək, cinsi münasibəti ayıb hesab etmək kimi müxtəlif fikirlərə sahib olmaq
loading...