Həm arıqla, həm də sağlam qal - PƏHRİZ

Həm arıqla, həm də sağlam qal – PƏHRİZ

Hər qadının özünə aid arıqlama üsulu var. Amma rasionda sadəcə, tərəvəz və ya ət məhsullarının olması hər zaman uğurlu nəticə vermir. 

Belə pəhrizlər orqanizmdə minerallar və B vitamin qrupunun çatışmazlığına gətirib çıxarır. Mədəni ac saxlamaq orqanizmin və immunitetin zəifləməsinə, təzyiqin enməsinə səbəb olur. Bu gedişlə orqanizm hər cür mikroba qarşı həssaslaşır. Bəs orqanizmi və qanı zəhərli maddələrdən təmizləyib, arıqlayıb, eyni zamanda bədəni necə qüvvətləndirmək olar? Bunu meyvə şirələri vasitəsilə etmək mümkündür.

fenomen .az Rusiya mətbuatına istinadən həm arıqlayıb, həm də sağlam qalmaq istəyən xanımlar üçün aşağıdakı pəhrizi və içkiləri təqdim edir:

Səhər:
Gecədən buzxanaya bir stəkan adi su qoyun. Səhər onun buzunu əridib, acqarnına için. Bir neçə saatdan sonra qreypfrut, portağal və limonun şirəsini qarışdırıb, için.

Günorta
Kələm, kök, çuğundur, xiyar və pomidordan ibarət salat hazırlayıb, üzərinə bir çimdik ingilis duzu səpib, yeyin. Bu salat bağırsaqları və qanı təmizləyəcək.

Axşam
İtburnunu yuyub, termosa töküb, üzərinə qaynar su əlavə edib, (1 stəkana 1 çay qaşığı itburnu meyvəsi) bir neçə saat dəmlənməsini gözləyin. Bu içki orqanizmi C vitamini ilə zənginləşdirib, həzmi yaxşılaşdırıb, immuniteti bərkidəcək.
Günarası başqa çaylardan da istifadə etmək olar:

Sitrus çayları

Sitrus meyvələrini qabığı ilə birgə doğrayıb, qazana töküb, üzərinə qaynar su əlavə edib, bir neçə saat dəmlənməsini gözləyin. Bu çay orqanizmi vitamin C, kalsiumla zənginləşdirib, damarlardakı xolesterini əridib, bağırsağın və kapelyarların divarlarını elastikləşdirib, ürək-damar və ankoloji xəstəliklərin qarşısını alıb, əsəb sistemini möhkəmləndirib, ödəm xəstələrinə müsbət təsir edəcək.

Allergiyadan əziyyət çəkən, mədə turşuluğu yüksək olan, mədə – bağırsaqda problemi olanlara bu çayları içmək qəti qadağandır.

Tərəvəz çayları

İspanağı təmiz yuyub, iri-iri doğrayıb, üzərinə qaynar su əlavə edib, dəmlənmək üçün termosda saxlayın. Fransızlar ispanağı «bağırsağın süpürgəsi» adlandırırlar. Bu çay orqanizmdən ağır duzları, toksinləri kənarlaşdırıb, bədəni amin turşuları ilə təmin edəcək. Bu çay da başqaları kimi eyni üsulla dəmlənir. Çay hüceyrələri pektin maddəsi, mineral duzlar, C, B1, B2, PP vitaminləri ilə
təmin edir.

loading...