Günəbaxan tumu cinsi gücü artırırmış - MƏSLƏHƏTLƏR

Günəbaxan tumu cinsi gücü artırırmış – MƏSLƏHƏTLƏR

Çərəzlərin faydaları

Televizor izləyərkən ağıza atmaq üçün ən ləzzətli qida çərəzlərdir. Çərəzlər ləzzətli olmaqla yanaşı, eyni zamanda faydalıdır. Hər gün balqabaq çəyirdəyi yeməli olduğunuzu bilirdinizmi?

Badam zehni gücləndirir və yorğunluğunu yox edir. Böyrək, sidik kisəsi və genital bölgələrdəki iltihabları yox edir. Baş ağrısı, qaraciyər və böyrək ağrılarını sakitləşdirir.

Fındıq bədənə qüvvət verir. Ürək xəstəliklərinin ən böyük səbəbi olan xolesterolu aşağı salmağa kömək edir. Bədən üçün yararlı olan kalsium, dəmir, karbohidrat, yağ, sink ilə maddələr mübadiləsini tənzimləyir və sümükləri inkişaf elətdirir. E vitamini ilə zəngindir. Qansızlığa müsbət təsir edir. Xərçəng törədən amillərin qarşısını alır və onları təsirsiz hala gətirir.

Yerfındığı qandakı xolesterolu aşağı salır. Ürək xəstəliyi riskini azaldır. Protein və fosforla zəngindir. Bağırsaqda qlükoza əmilməsini azaldır və qan şəkərinin yüksəlməsinin qarşısını alır.

Qovrulmuş noxud bədəni qüvvətləndirir. Ana südünü artırır.

Fıstıq bədənin inkişafına kömək edir. Bədən və zehin gücünü artırır. Sinələri yumşaldır. Öskürəyi yox edir.

Günəbaxan tumunun  tərkibindəki yağ damar sərtliyini yox edir. Ürək, sinir xəstəliklərinin qarşısını alır. Bol E vitamini və proteinlidir. Cinsi gücü artırır. İqtidarsızlığın qarşısını alır.

Balqabaq çəyirdəyi mükəmməl qurd dərmanıdır. Az yaşlı uşaqlar gündə 10-15, böyüklər isə 20-30 ədəd balqabaq çəyirdəyi yeməlidir.

 

Qarğıdalı yüksək nisbətdə lif tərkiblidir. Tərkibindəki karbohidrat yüksək enerji verir. İçində protein, kalsium, dəmir, fosfor, A vitamini var.

loading...