Detoks nədir və necə edilməlidir? Kimlər detoks edə bilməz?

Detoks nədir və necə edilməlidir? Kimlər detoks edə bilməz?

Sağlamlığımızı qorumaq və bədənimizi toksinlərdən təmizləmək üçün detoks etmək şərtdir.

Toksinləri bədənimizdə necə toplanır? 
Havada, qidalarımızda, içkilərimizdə və ətrafda olan toksinlər bədənimizə daxil ola bilir. İmunitetimizin aşağı olması halında dəri, nəfəs, və həzm proseslərinin zəifləməsi halında toksinlər bədənimizdə toplana bilər.

Detoks nədir? 
Detoks zehinsəl-ruhsal-bədənsəl təmizlənmədir. Zehinsəl və ruhsal təmizlənmə uzun bir müddət tələb edir. Bədənsəl təmizlənmə isə hər gün bədən tərəfindən həzm prosesimiz vasitəsi ilə təmizlənə bilir.

Detoksda məqsəd nədir? 
Bədənimizi toksinlərdən təmizləyərək sağlığımızı qorumaq, bədənimizdəki mayelərin qatılaşmasının qarşını almaq, və bədəndə su tarazlığını qorumaqdır.Sağlıqlı bir bədəndə qan və bədən sularının yüngül alkalı olması gözlənilir. Alkalı bədən suyu və qandakı oksigen eyni zamanda güclü bir həzm sisteminin mənbəyidir. Qanın qatılaşması organlarımıza və beyin hüceyrələrimizə zərər verə bilər.

Detoks nə zaman edilməlidir? 
Detoks ehtiyacı insan və sağlıq vəziyyyətinə görə dəyişir. Mövsüm dəyişikliklərində detoks etmək bədənimiz üçün faydalıdır.

Kimlər detoks edə bilməz? 
– Hamilələr və süd verən analar 
– Yüksək təzyiq xəstələri, 
– Ürək damar xəstəlikləri olanlar 
– Qan şəkəri problemi yaşayanlar 
– Şəkər xəstələri 
– Uşaqlar 
– Fiziki ağır işdə işləyənlər 
– Sağlıq problem olan yaşlılar 
– Qan azlığı olan insanlar 
– Davamlı dərman qəbul edənlər detoks etməməlidirlər.

Kimlər detoks edə bilər? 
– Artıq çəkilərindən azad olmaq istəyənlər 
– Zehinsəl gərginlik göz altında qaralmalar olanlar 
– Paslı dil (Dildə dad ağızda acılıq) 
– Qəbizlik 
-Ürək bulanma 
– Dəridə yara və sızanaqlar olanlar 
– Pis bədən qoxusu olanlar 
– Siqaret və ya içki içənlər

Vəəə həzm sistemimizi sürətləndirəcək və bədənimizi toksinlərdənn təzmiləyəcək çox özəl detoks içkiləri

– Avakado- Şaftalı içkisi 
1 tam yetişmiş avakado 
½ st tofu pendiri 
1 st yeni sixilmiş çaftalı vəya erik suyu 
2 çay qaşığı bal 
3½ çay qaşığı maye vanel 
2 qab buz, 
Hamısını blenderden keçirin.

– Qarışıq limonad 
1/2 l yaşıl limon suyu yeni sıxılmış 
1/2 l portağal suyu 
1 l adi su 
Limon dilimləri-buz.

– Limon yarpağı və romaşka Çayı 
½ st qurudulmuş romaşka 
2 x.q. qurudulmuş limon yarpağı 
1/3 st bal 
6 st su

Suyu qaynadıb, suyun altını söndürüb bütü ərzaqları əlavə edin, ağzı bağlı 10 dəqiqə dəmləyin. Daha sonra süzün və bal elavə edərək isti vəya buzlu içə bilərsiniz.

– Böyürtkən+Qatıq 
3 st böyürtkən 
1 st light qatıq 
1 st light süt 
3 ç.q. bal 
Ərzaqları blenderdən keçirin.

– Banan+qatıq 
1 banan 
½ st light qatıq 
2/1 ç.q bal 
Buz, 
Bütün ərzaqları blenderdən keçirin və buz elavə edib içə bilərsiniz.

– Nar+Portağal 
1 st təzə nar suyu 
1 st təzə portağal suyu 
1 ç.q. zəncəfil əlavə edib için

– Nar+ qara qarağat 
1 st nar suyu 
½ st qara qarağat 
1 çubuq darçın 
Ərzaqları asta alovda 10 dəqiqə dəmləyib darçını çıxarın. 1st adi su əlavə edin.

loading...