Avakadonun dəri üçün möcüzəvi FAYDALARI

Avakadonun dəri üçün möcüzəvi FAYDALARI

Avakado yağı dəri üçün əvəzedilməz qulluq vasitəsidir.

Sağlam və düzgün bədən quruluşu arzulayanların süfrəsindən heç zaman əskik olmayan avakadonun dəriyə çox böyük xeyri var. Tərkibində yağların və vitaminlərin zənginliyi dəriyə çox sayda faydası var.

Dərini nəmləndirir

Uzun müddətli susuz qalan dəri üçün qırışlar və zərərlər qaçınılmazdır. Avokado yağı, A, C və E vitaminlərin köməyi ilə dəriyə lazım olan nəmi verir. Dərini nəmləndirərkən yağlı bir təbəqə yaratmadığı üçün, nəmləndirici kremlərdən fərqli olaraq, sızanaqların meydana gəlməsinə səbəb olmur.

Bundan başqa avokado yağı təbii bir qarışımdır. Bu xüsusiyyətinə görə, o dərinin nəfəs almasına və hüceyrələrin yenilənməsinə kömək edir. Beləliklə, dərinin yaşlanmasının, qırışların və sallanmasının qarşısını alır.

Dərisinin solğun görünüşündən şikayət edənlər üçün avokado yağı təbii bir həll  yoludur. O tərkibindəki minerallar sayəsində dəriyə parlaqlıq verir. Eyni zamanda dərinin rəngini tarazlaşdırır və  size körpə dərisi kimi yumşaq bir dəriyə qovuşdurur.

Bundan başqa tərkibindəki antioksidantların köməyi ilə avakado dərini zərərli gün şüalarından da qoruyur. Bundan başqa bu meyvə dəridən yaşla əlaqədər yaranan ləkələrin yaranmasının da qarşısını alır.

// Ölkə.Az

loading...