Rumıniyalı müğənni Aleksandra Stan Bakıya gəlir ( FOTO + VİDEO)

Rumıniyalı müğənni Aleksandra Stan Bakıya gəlir ( FOTO + VİDEO)

Müğənninin mahnıları bir çox ölkələrdə və Azərbaycanda da hitə çevrilib.

Rumıniyanın məşhur müğənnisi Aleksandra Stan Bakıda konsert verəcək.

Fenomen.az Oxu.Az – a istinadən xəbər verir ki, ifaçı 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günündə “Stingray Club”da saat 21.00-da çıxış edəcək. Biletlərin qiyməti 20-60 AZN arasında dəyişir.

Qeyd edək ki, Aleksandra Stan 2009-cu ildə “Param Pam Pam” adı ilə daha çox tanınan “Lollipop” adlı sinql buraxıb. 2010-cu ildə “Mr. Saxboeat” sinqlını buraxan Aleksandranın tanınmasına da məhz bu sinql səbəb olub. Bir çox ölkələrdə, hətta Azərbaycanda da hitə çevrilən bu musiqi bir çox ölkələrin top-listlərində ön sıralarda yer alıb.



loading...