RRusiyada baş verən yanğında azərbaycanlı ailənin üzvləri yanaraq ölüb - VİDEO - FOTO
loading...

RRusiyada baş verən yanğında azərbaycanlı ailənin üzvləri yanaraq ölüb – VİDEO – FOTO

Rusiyada baş verən güclü yanğın zamanı azərbaycanlı ailənin üzvləri yanaraq ölüb

“Report” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə dünən Orenburq şəhərində, Salmışskaya küçəsində, yaşayış binasının 9-cu mərtəbəsində baş verib.

Hadisə zamanı bir ailənin 4 üzvü yanaraq ölüb. Onlardan 2-i (3 yaşlı qız və 6 yaşlı oğlan) uşaqdır.

Yağın söndürüləndən sonra əvvəlcə mənzildə iki kişi meyiti aşkarlanıb. Xəstəxanaya aparılarkən isə yolda iki azyaşlı da dünyasını dəyişib.

“Orenburq Bezformata” portalı yazıb ki, yanğın zamanı xəsarət alan daha 4 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü qadın, 1-i uşaqdır. Yaralıların vəziyyəti ağırdır.

Hadisənin başvermə səbəbləri araşdırılır. Yanğın lokallaşdırılıb.

“RİA56” portalı isə qonşuların sözlərinə istinadən bildirib ki, bu ailədə 2016-cı ildə daha bir faciə yaşanıb. Belə ki, həmin ilin mayında azyaşlı yuxarı mərtəbədən yıxılıb. Həmin vaxt uşaq sağ qalıb, lakin ciddi xəsarətlər alıb.


loading...