"Yeni il" salatı - Resept

“Yeni il” salatı – Resept

Tərkibi:

300 qram hinduşka və ya toyuq

5 yumurta

150 qram quru gavalı

100 qram qoz

100 qram pendir

Mayonez

Narın xörək duzu

Hazırlanması:

Hinduşka və ya toyuq əti qaynadılır, soyudulur və xırda-xırda doğranır.

Yumurtalar qaynadılır, sarıları ayrıca rəndədən keçirilir.

Yumurtanın ağları da ayrıca rəndədən keçirilir.

Qoz maşından keçirilir.

Quru gavalı xırda-xırda doğranır,əgər sərtdirsə,əvvəlcə isladılır sonra doğranır.

Pendir kiçik rəndədən keçirilir.

Diametri 23 sm olan qab seçilir, birinci qata hinduşka və ya toyuq qoyulur, duzlanır, mayonezlənir

İkinci qata yumurta sarısı əlavə edilir və incə qatla mayonez sürtülür.

Üçüncü qata quru gavalı qoyulur və incə qatla mayonez sürtülür.

Dördüncü qata pendir səpilir və incə qat mayonez sürtülür

Beşinci qata qoz səpilir və incə qat mayonez sürtülür.

Sonuncu altıncı qata yumurta ağları səpilir.

Sonra salatı zövqə görə bəzəyə bilərsiniz. Məsələn,nümunə olaraq kökdən incə dilimlərlə saat əqrəbləri düzəldə bilərsiniz

loading...