Türk mətbəxindən İskəndər kababı - Hazırlanma qaydası

Türk mətbəxindən İskəndər kababı – Hazırlanma qaydası

Tərkibi:

– 1 paket hazır dönər;
– 1 stəkan yoğurt;
– 5 ədəd pomidor;
– 1,5 yemək qaşığı tomat;
– 1 ədəd qırmızı soğan;
– 3 qaşıq kərə yağı;
– 4-5 ədəd pidə.
Hazırlanması:
Pidələri kvadrat şəklində doğrayın. Tavaya 1,5 qaşığı kərə yağı töküb qızdırın, pidələri əlavə edib, rəngi azca dəyişənə qədər o üz-bu üzə çevirin. Məcməyiyə pidələri yerləşdirdikdən sonra qalan yağı da tavaya töküb əridin. Hazır dönəri tavada bir az çevirdikdən sonra üzərinə sürtgəcdən keçirilmiş pomidoru və tomatı əlavə edin. Qaynamağa başladıqdan sonra ocaqdan götürün. Souslu dönəri pidələrin, yoğurtu da dönərin üzərinə yayıb, göyərtilərlə birlikdə süfrəyə verin.
loading...