Teryaki toyuğunun hazırlanma qaydası
Fenomen.Az

Teryaki toyuğunun hazırlanma qaydası

Teryaki toyuğunun hazırlanma qaydasını təqdim edirik

Tərkibi:

1 kq toyuq əti
125 ml soya sousu
4 x.q. alma sirkəsi
1 ç.q. istiot
150 q qəhvəyi şəkər tozu
2 ç.q. nişasta
4 diş sarımsaq
zəncəfil (8-10 sm ölçüdə)

Qazançada şəkər tozu, soya sousu, sirkə, istiot, 50 ml soyuq suda əridilmiş nişasta, sürtgəcdən keçirilmiş zəncəfil və əzilmiş sarımsağı qarışdırın.

Ocağın üstünə qoyub qarışdırın, sous qatılaşmalıdır.

Tavanı yağlayın.

Doğranmış toyuğu düzün.

Sousu üzərinə gəzdirin (bütün tikələri örtsün).

Əvvəlcədən 220 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Hər 5-7 dəqiqədən bir qarışdırın ki, ət sousu tam canına çəksin.

Nuş olsun!

(Milli.Az)

loading...