"Şubalı" döymə kotlet - Fotolar
Fenomen.Az

“Şubalı” döymə kotlet – Fotolar

Kartof, toyuq əti və göbələkdən dadlı və gözəl görünüşlü kotletlərin hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:

400 q toyuq əti
150-200 q şampinyon
100 q bərk pendir
1 baş soğan
1 dəstə cəfəri
3 kartof
2 yumurta
1 st. un
duz, istiot
bitki yağı

 

316697_5

 

Əti tikələrə bölüb (4 ədəd) hər iki üzünü döyün. Duz, istiot vurun.

316697_1

 

İç: Göbələk və soğanı kubik doğrayıb yarımbişmiş hala gələnədək qovurun. Pendiri sürtgəcin iri gözündən keçirin. Cəfərini xırda doğrayın. Göbələk, soğan, pendir və göyərtini qarışdırın, duz, istiot əlavə edin. Qaynar kütlədə pendir əriyəcək.

316697_2

 

İçi ətin içinə qoyub ona oval forma verin

316697_7

Kotletləri əvvəlcə una, sonra yumurtaya batırın.

316697_8

Kartofu sürtgəcdən keçirin. Yumurtaya batırdığınız kotletləri sürtgəcdən keçirilmiş kartofa bükün.

316697_3

Qaynar yağda hər iki üzünü qızardın. Qızarandan sonra daha 5-10 dəqiqə mikrodalğalı sobada bişirin.

316697_6

Üzərini mayonezlə bəzəyin. Süfrəyə tərəvəz və göyərti ilə verin.

316697_4

Nuş olsun!

Milli.Az

 

 

loading...