"Şahmat" peçenyesi - Fotolar

“Şahmat” peçenyesi – Fotolar

Naxışı şahmat taxtasını xatırladan peçenyelərin hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:

3 yumurta
220 q kərə yağı
4 x.q. qəhvəyi şəkər tozu
1 çimdik vanil
1/3 ç.q. duz
1 x.q. kakao tozu
270 q un (ağ xəmirə 140, tünd xəmirə 130 q)

Yumurtaları suda bişirin. Təmizləyin, ağını sarısından ayırın (bu reseptdə yumurtanın ancaq sarısından istifadə olunur, yəni yumurta ağlarını başqa resept üçün istifadə edə bilərsiniz).
Bişmiş yumurta sarılarını çəngəllə əzin.

Yumşaldılmış kərə yağını qəhvəyi şəkər, duz, vanil və yumurta sarıları ilə qarışdırın.

Bu qarışığı iki bərabər hissəyə ayırın. Birinə kakao tozu qatın.

Hər qarışığa ayrılıqda un əlavə edib 2 ayrı xəmir yoğurun.

Açıq və tünd rəngli xəmirləri 14×9 sm ölçüdə yayın.

 

320056_8

Tünd rəngli xəmirin üstünə açıq rənglini qoyun, azca üstündən basın, soyuducuda 30-40 dəqiqə saxlayın.

320056_7

Soyuducudan çıxardığınız xəmirin kənarlarını bıçaqla kəsib hamarlayın.

Eyni endə 4 şəridə bölün.

320056_4

 

Sonra yanaşı bir ağ, bir tünd şəridi qoyun. Ağ şəridin üstündən tünd, tündün üstündən ağ şərid qoyun.

320056_1

Alınan “kərpici” 1 sm enində paylara bölün.

320056_6

Siniyə perqament döşəyin. Peçenyeləri üstünə düzün. 180-190 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.

320056_2

320056_3

320056_5

 

loading...