Qış şorbası

Qış şorbası

Qış şorbasının hazırlanma qaydasını təqdim edirik

Tərkibi (6-8 pay):

1 yerkökü
1 kiçik qabaq
1 dəstə ispanaq
1 ovuc düyü

xəmir:

0,5 st. bulqur
su
qara istiot
pul bibər
2 x.q. un
0,5 yumurta

sous:

kərə yağı
bibər (tomat) pastası
sarımsaq
nanə
limon şirəsi

Öncə küftələrin xəmirini hazırlayın. Bunun üçün bulquru isti suda isladın, 5 dəqiqə sonra ədviyyat vurun, qarışdırın, yumurta, az-az un əlavə edərək yoğurun.
Xırda küftələr tutun. Un səpilmiş siniyə yığın.

Yerkökünü xırda doğrayıb kərə və zeytun yağının qarışığında qovurun. İsti su tökün. Küftələri qazana əlavə edin. 5 dəqiqə bişdikdən sonra xırda doğranmış qabağı əlavə edin. 5 dəqiqə bişdikdən sonra doğranmış ispanağı əlavə edib daha 2 dəqiqə bişirin.

Sous:

2-3 dolu qaşıq kərə yağını əridin, bibər (tomat) pastası, nanə, 4-5 diş əzilmiş sarımsaq əlavə edib qarışdırın, şorbaya əlavə edin. Zövqə görə limon şirəsi əlavə edə bilərsiniz.

Nuş olsun!

(Milli.Az)

loading...