Qazmaqlı toyuq qızartması - FOTO

Qazmaqlı toyuq qızartması – FOTO

Yeməli “qab”da toyuq qızartmasının hazırlanma qaydasını təqdim edirik

Tərkibi:

4 toyuq budu (770 q)
1/4 limon
1 x.q. quru reyhan
6 diş sarımsaq
1-1,5 ç.x. iri duz
0.5 ç.q. istiot
4 x.q. zeytun yağı

xəmir (200 q):

un
su
duz
zeytun yağı

Əvvəlcə toyuq üçün ədviyyat qarışığını hazırlayın: sarımsağı xırda doğrayıb quru reyhan, duz, istiot və yağla qarışdırın. Əgər həvəngdəstəniz varsa, onda əzin.

319146_3

319146_4

Toyuq ətini yuyub, təmizləyib suyunun çəkilməsini gözləyin. Sonra hazırladığınız qarışığı üzərinə çəkin.

319146_2

Göstərilən ərzaqdan xəmir yoğurun (hazır xəmir də istifadə edə bilərsiniz). Xəmiri nazik yayın, yağlanmış 22 sm diametrli teflon tavaya döşəyin (çəngəllə deşmək lazım deyil, qoy toyuğun şirəsi axıb qazmağın altında yanmasın).

319146_5

319146_6

Toyuq ətini xəmirin üstünə qoyun, aralarına limon dilimləri düzün.

319146_7Xəmirin kənarlarını azca qatlayın. Üzərinə yağ çəkin.

319146_8180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə bişirin. Bişən zaman əmələ gələn şirəni qaşıqla götürüb ətin üzərinə gəzdirin.

Sobanı söndürüb toyuğu bir qədər də içində “dəmə” qoyun. Əgər sobanın “qril” funksiyası varsa, sonda bir neçə dəqiqəlik yandıra bilərsiniz.

319146_9

319146_1

319146_10

Milli.Az

loading...