"Qaz ayağı" peçenyesi - Foto
Fenomen.Az

“Qaz ayağı” peçenyesi – Foto

“qaz ayağı” peçenyesinin hazırlanma qaydasını təqdim edirik

Tərkibi (80 ədəd):

220 q yağ
200-220 q kəsmik
2 st. un
2 yumurtanın sarısı
2 x.q. su
0,5-1 st. şəkər tozu

Yağı öncədən dondurun. Sonra sürtgəcdən keçirin (çuğundur üçün olan gözü daha rahatdır).

316699_1

Yağa kəsmiyi əlavə edin.

316699_2

Unu əlavə edin.

316699_3

Əlinizlə yaxşıca ovuşdurun.

316699_4

2 yumurtanın sarısını və qaynadılmış soyuq suyu əlavə edin.

316699_5

Xəmir yoğurun. Əvvəlcə o, dağınıq olacaq, amma yağ əlinizin istisindən əriyincə düzələcək.

316699_6

Xəmiri folqaya büküb 1 saat soyuducuda saxlayın.

316699_7

1 saat sonra sobanı yandırıb temperaturu 190 dərəcəyə ayarlayın.
Siniyə perqament döşəyin.

Masanın üzərinə un səpin. Xəmirin bir hissəsini nazik yayın. Forma və ya nəlbəki ilə 7-8 sm diametrli dairələr kəsin.

316699_8

Bir boşqaba şəkər tozu tökün. Xəmirdən kəsdiyiniz dairənin bir üzünü şəkər tozuna batırın.

316699_9

Şəkərə batırılmış üzü yuxarı olmaqla dairəni ovcunuza qoyun.

316699_10

Əvvəlcə aypara kimi qatlayın, yenə bir üzünü şəkər tozuna batırın.

316699_11

Şəkərli üzü içəri olmaqla iki qatlayın. Bir üzünü şəkər tozuna batırın.

316699_12

Şəkərli üzü yuxarı olmaqla peçenyeni siniyə düzün. Bütün peçenyeləri bu qaydada hazırlayın.

Sobada 20-25 dəqiqə bişirin.

316699_13

316699_14

Nuş olsun!

(Milli.Az)

loading...