Portağallı keks - RESEPT

Portağallı keks – RESEPT

Ərzaqlar

1 st. un

1 st. şəkər tozu

2 yumurta

1 st. portağal şirəsi

1 portağalın sedrası

1 vanil

1 ç.q. qabartma tozu

kərə yağı

 

Hazırlanması

Yumurtaların ağını sarısından ayırın.

Un və qabartma tozunu birlikdə ələyin.

Yumurta sarılarını şəkər tozu və vanillə çalın, una əlavə edin.

Portağal sedrasını da bura qatın (sadəcə, portağalın qabığını sürtgəcdən unun üzərinə keçirə bilərsiniz, portağal qabığının ağ hissəsi lazım deyil, o, acılıq verir).

Xəmirə tədricən yarım stəkan şirə əlavə edin, qarışdırın.

Yumurta ağlarını möhkəm çalın, səliqə ilə xəmirə əlavə edin.

Xəmir çox qatı deyil, təxminən şarlotkanın xəmiri kimi olmalıdır.

Formanı kərə yağı ilə yağlayın, xəmiri içinə tökün.

180-200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.

Hazır olduqdan sonra, hələ qaynar-qaynar, üzərində kəsiklər edib şirənin qalanını da keksin üzərinə tökün.

Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, portağallı  keksiniz yupyumuşaq olacaq. Nuş olsun!

loading...