Nori

Nori

post-35-0-05026400-1421787370

Suşi hazırlanmasında istifadə olunan qurudulmuş dəniz yosunlarından alınan yeməli “kağız” Nori adlanır. Müxtəlif növ qırmızı yosunlardan hazırlanan nori yosunların xırda-xırda doğranması, qurudulması yolu ilə alınır. Bundan sonra o, bir qədər qalın yaşıl kağız vərəqini xatırladır. Bu vərəqlərdən yapon və koreya mətbəxinin müxtəlif yeməklərinin hazırlanması üçün istifadə olunur. Noridən ən çox suşi və onigirinin hazırlanır.  Həmçinin əriştə hazırlıqları və suplarda bir qarnir və ya dadvericidir. Yaponiya, Koreya və Çin norinin əsas istehsalçılarıdır.

post-35-0-83139400-1421787368_thumb

Aynur AlimuradBeyli

Odin.az

loading...