Napoleon salatı – Resept – Fenomen.Az
Fenomen.Az

Napoleon salatı – Resept

Napaloen salatı

Napaloen slatı üçün lazım olan ərzaqlar:

  • holland pendiri,
  • 4 ədəd yumurta,
  • 1 dəstə göy soğan,
  • Qaymaq,
  • Mayonez,
  • 3-4 ədəd kök,
  • 1 dəstə kahı,
  • 150 q toyuq file,
  • Hazır yuxa,
  • duz,

Napaloen salatının hazırlanma qaydası:

  • Əvvəlcə bütün tərəvəzləri yuyun.
  • Suyunu çəkmək üçün bir  aşsüzənə yığın.
  • Ərzalar suyunu verdikdən sonra   göy soğanı, kahını  kiçik -kiçik doğrayın.
  •   Yumurtanı, kökü, toyuq fileni ayrı-ayrı qazanda əzilmədən bişirin.
  • Kökü və yumurtanı  kubiklər şəklində kiçik-kiçik doğrayın.
  • Bişirdiyiniz toyuq filesini də kiçik -kiçik doğrayın.
  • Bütün bunları tamamladıqdan sonra salatın hazırlanması işinə başlayın.
  • Əvvəlcə hazır yuxlardan birini salatı hazırlayacağınız boşqabın içərisinə sərin.
  • Üzərinə mayonezi bərabər yaxın.
  • Hazırladığınız ərzaqları sırası ilə yuxanın üzərinə yayaraq  azca duz səpin.
  • Bu işləmi yuxalar   və ərzaqlarınız bitənə qədər davam edin.
  • Salatınızın səliqəli olması üçün salat hazırladığınız boşqabın üzərinə   dairəvi bir qəlib yerləşdirin.
  •  Salat hazırlama prosesi sona yetənə qədər  qəlib qalmalıdır.
  • Bu işləm sona yetdiyində sonuncu yuxanı da üzərinə qoyun və üzərinə rəndələnmiş holland pendiri, yumurta   və soğan və kahı  əlavə edin.
  • Tamamlama işi bitdikdən sonra qəlibi salatın üzərindən çıxardın.

Nuş olsun!

loading...