Milfoy xəmirindən sadə pomidorlu tart – Resepti – Fenomen.Az
Fenomen.Az

Milfoy xəmirindən sadə pomidorlu tart – Resepti

Milfoy xəmirindən sadə pomidorlu tart

4 ədəd,

20 dəqiqəyə hazırlanır,

20 dəqiqəyə  bişir

  • Milfoy xəmirindən sadə pomidorlu tart  üçün lazım olan ərzaqlar:
    • 8  ədəd milföy xəmiri,
    • 4 ədəd pomidor,
    • 1 su stəkanı rəndələnmiş holland pendiri,
    • 4 yarpaq təzə kəklikotu,
    • 1/2 çay qaığı duz,
    • 1/2 çay qaşığı istiot,Üzəri üçün:
    • 1 ədəd yumurta  sarısı.
    • Milfoy xəmirindən sadə pomidorlu tartın  hazırlanma qaydası:
    • Kvadrat şəklindəolan  milfoyları otaq temperaturunda açın.
  •  .Tartlara dərinlik vermək üçün dörd ədəd milfoy xəmirini orta hissəsindən daha kiçik kvadrat əklində hissələr ayırın.
  • Beləliklə milfoy xəmirinin ortası boş olacaq və 4 ədəd çərçivə alınacaqdır.
  • .hazırladığınız çərçivələri dəzgahın üzərinə alın.
  • Yumurta sarısını kiçik bir qabda çalın.
  • .Xəmirlərin kənar hissələrinə bir fırça yardımı ilə yumurta sarısı sürtün.
  • .Ortası boş çərçivə şəklində olan kvadratları xəmir parçaları üzərinə qapadın.
  • .Rəndələdiyiniz holland pendirini tart xəmirlərinin ortasında boş qalan hissələrə bərabər şəkildə yayın.
  • .Pomidorları halğa-halğa doğrayın.
  • .Pendirlərin üzərinə düzün.
  • .Duz və istiot səpin.Qalan yumurta sarısını tart xəmirinin kənar hissələrinə sürtün.
  • .Fırını əvvəlcədən 180 dərəcə qızdırın.
  • Əvvəlcədən qızdırdığınız fırında 20 dəqiqəyə  yaxın bişirin.
  • .Fırından çıxan isti milfoy tartları təzə kəklikotu əlavə edərək isti halda servis edin.
loading...