Mayli Sayrus: “Evdə oturub sevişməyimiz bəs edir” - Fotolar

Mayli Sayrus: “Evdə oturub sevişməyimiz bəs edir” – Fotolar

“Kişilərin kişiləri, qızların qızları öpdüyünü görəndə xoşbəxt oluram”

 

Tanınmış musiqiçi Mayli Sayrusun Türkiyənin “Hürriyət” qəzetinə verdiyi müsahibəni ixtisarla təqdim edirik.

 

 

– Neçə yaşından bəri məşhursunuz?

 

– 13. 2006-cı ildə “Hanna Montana” serialı başlayanda 13 yaşım var idi. Amma 16 yaşlı obrazı canlandırırdım.

 

22 yaşında milyonların sevimlisi olmaq necə hissdir?

 

Nə vaxt mükafat alsam, əvvəlcə heyranlarıma təşəkkür edirəm. Onlar olmasaydı, mən bir heç idim. Fanatlarım olmadan belə bir iş görə bilmərəm, yaxud başqalarına kömək edə bilmərəm. Məsələn, indi onlar vasitəsilə insanları HIV/AIDS haqqında məlumatlandıracağam.

 

Bir markanın təşkil etdiyi QİÇS-lə mübarizə kampaniyasının təbliğatçısı oldunuz…

 

Bəli, özümü məcbur hiss etdim. Mənim fanatlarım gəncdir, onlar necə gəldi, diqqətsiz, dovşan kimi sekslə məşğul olurlar. Ana-atalarına qulaq asmazlar, amma mənə qulaq asarlar. Valideynləri onlara sevişərkən qorunun deməyə utanar, amma bizim aramızda utanacaq, çəkinəcək bir mövzu qalmayıb artıq.

 

– Sizin üçün seks haqqında danışmaq niyə bu qədər önəmlidir?

 

Mənim üçün azad olmaq önəmlidir. Konsertlərimdə homoseksual cütlüklərə deyirəm ki, öpüşə bilərsiniz. Kişilərin kişiləri, qızların qızları öpdüyünü görəndə xoşbəxt oluram. May ayında Londonda ekran qarşısında bunu deyəndə iki gənc oğlan öpüşdülər. Və onlardan sonra digər homoseksual cütlüklər də öpüşməyə başladılar. Bu cəsarətli cütlük minlərlə adama təsir etdi. Hər gün bir adamı daha azad ruhlu etmək mənim üçün böyük xoşbəxtlikdir. Əminəm ki, o bir adam da başqa bir adama təsir göstərəcək. Qızlar və oğlanlar yanıma gəlib deyirlər ki, sayəndə homoseksual olduğumu qəbul etdim. Bu mənim üçün çox mühümdür. Dünyadakı dəyişikliklərin bir parçası olduğumu hiss edirəm.

 

Siz özünüzü yüz faiz azad hiss edirsinizmi?

 

Özümü 3 il bundan qabaqkına nisbətən daha azad hiss edirəm. Əvvəl “Disney”lə çalışırdım və nişanlı idim. Onlar olmadan nə edərəm, necə yaşayaram deyə düşünürdüm. Qəfildən ikisi də bitdi və mən ölmədim. Əksinə özümü tapdım.

 

Çox erkən yaşda nişanlanmışdınız. Amma uzun sürmədi. İndi də Arnold Şvartseneggerin oğlu Patriklə birlikdəsiniz. İndiki dövrdə münasibətlərin uzun müddət davam etməsi mümkün deyil?

 

Kişilər çox porno izləyirlər, halbuki real həyatda elə qızlar yoxdur. Qadınlar da çox romantik komediya filmləri izləyir. O kişilər də real həyatda yoxdur. Mən romantik kişiləri xoşlamıram. Məni təsirləndirməsini, gözəl yerlərə yeməyə aparmasını istəmirəm. Evdə oturub sevişməyimiz bəs edir. Deyəsən, bu məsələyə bir az kişisayağı yanaşıram. Bir də münasibətlər musiqi yaradıcılığımın önünə keçməməlidir. Musiqini çox sevirəm, indi mənim digər yarım musiqimdir.

 

– Özünüzü seksual hesab edirsiniz?

 

Bəli, amma seksual olmağa çalışmıram. Çünki seksual olmağa çalışsan, sadəcə gülməli olarsan. “Standart seksual” deyiləm. Qızlara da bunu başa salmağa çalışıram. Seksual olmaq üçün iri döşlər, sarışınlıq bəs etmir. Seksuallıq içdən gəlir. Çıxarın onu.

loading...