Marinə edilmiş gülkələmi - FOTO

Marinə edilmiş gülkələmi – FOTO

Fenomen.az Milli.Az-a istinadən gülkələminin marinə edilmə qaydasını təqdim edir.

Tərkibi: 

1 kq gülkələmi
1 yerkökü
1 şirin bibər
1 acı istiot
kərəviz kökü və ya budaqları

marinad: 

3 st. su
3/4 st. 9%-li sirkə
3/4 st. şəkər tozu
2 ç.q. duz
2 dəfnə yarpağı
dənəvər istiot

Gülkələminin budaqlarını ayırın, yuyun, 1,5 litrlik bankaya yığın. Aralarına təmizlənib doğranmış yerkökü, şirin bibər, kərəviz düzün.

 

325210_3

Marinad üçün olan ərzağı qarışdırıb ocağın üstünə qoyun, qaynara düşəndə ocaqdan götürün, bankadakı tərəvəzin üstünə tökün. Soyudun. 2 gün soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

325210_1

325210

 

loading...