Mətbəx sirləri: "Çəllək" lazanyası - Foto

Mətbəx sirləri: “Çəllək” lazanyası – Foto

Çəllək formasında lazanyanın hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

6 x.q. zeytun yağı
1 baş soğan
500 q mal əti (qiymə)
2 pomidor
2 diş sarımsaq
300 ml tomat sousu (və ya 3 x.q. pastanı 1,5 st. su ilə qarışdırın)
ədviyyat (“İtalyan göyərtiləri” quru qarışığı)
250 q motsarella
100 q rikotta
200 q “Filadelfiya” qaymaqlı pendiri
50 q parmezan
1 yumurta
8 lazanya

Soğanı təmizləyib kubik doğrayın. Yumşalınca qovurun. Qiyməni əlavə edib daim qarışdıraraq 5 dəqiqə qovurun.

Sarımsağı xırdalayıb qiyməyə əlavə edin, tomat pastası, yaxud tomat sousunu, quru göyərtiləri, duz, istiot əlavə edin. Pomidorun qabığını soyub kubik doğrayın, bunu da əlavə edin. Ocağı azaldıb 15-20 dəqiqə bişirin. (Milli.Az)

315048_1

Lazanyaları zeytun yağı əlavə edilmiş qaynayan suda yarımbişmiş hala gələnədək bişirin.

315048_2

Lazanyaların hər iki üzünü yağlayın.

Pendir içliyi:

Rikotta, parmezan və motsarella pendirlərinin yarısını sürtgəcin xırda gözündən keçirin, “Filadelfiya”, göyərti və yumurta əlavə edib yaxşıca qarışdırın.

315048_3

Formaların içinə perqament döşəyib yağlayın. Lazanyaları çəllək formasında içinə yerləşdirin. Bir, yaxud iki lazanyanı kvadratlara bölün.

Kvadratlardan birini “çəlləyin” dibinə qoyun.

315048_4

Üzərinə 1 x.q. qiymə, daha bir lazanya kvadratı, 1 x.q. pendirli içlik, yenə lazanya kvadratı, yenə 1 x.q. qiymə qoyun. Lap üstdə 1 x.q. tomat pastası və ya sousu qoymaq olar.

315048_5

Motsarellanın qalanını 6 dairəyə bölüb çəlləklərin üstünə qoyun.

175 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

315048_6

Nuş olsun!

 

loading...