Göbələkli toyuq ruleti - Resept
Fenomen.Az

Göbələkli toyuq ruleti – Resept

Dadı damağınızdan getməyəcək göbələkli, pendirli toyuq ruletinin reseptini təqdim edirik:
 
İnqrediyentlər:
4 ədəd toyuq filesi
200 qram təzə və ya dondurulmuş göbələk
4 xörək qaşığı bərk pendir
1 ədəd baş soğan
100 qram bitki yağı
200 qram xama
5 diş sarımsaq
2 xörək qaşığı doğranılmış şüyüd
Duz, istiot
Hazırlanması:
Toyuq döşünü taxtanın üzərində döyəcləyin, duz, istiot vurun.
Göbələyi və soğanı xırda-xırda doğrayıb yağda qovurun, duz, istiot vurun. Soyumasını gözləyin.
Kasada xamanı, şüyüdü, sarımsağı qarışdırıb sous hazırlayın.
Ətin arasına göbələkli içi, sürtgəcdən keçirilmiş pendiri səpib rulet formasında bükün. Tavada qızardın. Daha sonra sousda 15-20 dəqiqə zəif odda yenidən bişirin. Qarnir olaraq yanına kartof qoya bilərsiniz. (tabloid.az)
Nuş olsun!
loading...