Qüsursuz ayaqların sirri bu MASKAlarda

Qüsursuz ayaqların sirri bu MASKAlarda

Yay aylarında mini ətək, don geyinməyə həvəsli olsanız da, ayaqlarınız buna imkan vermir? Qüsursuz ayaqlarınız olsun istəyirsinizsə,bu praktik üsullardan faydalanın.

 

Gözəllik üçün istifadə edilən vazelindən ayaqların yumşaldılması üçün də istifadə edə bilərsiniz. Bunun üçün 2 yemək qaşığı vazelin, 1 çay qaşığı qara şəkər tozunu qarışdırıb ayaqlara dairəvi hərəkətlərlə masaj edin. Sonra isti su ilə durulayıb soyuq su ilə yuyun. Sonra dəsmalla kompres edirmiş kimi qurulayın. Ardından incə təbəqə şəklində vazelin sürtün.

 

Maska 2

Limon, şəkər tozu və zeytun yağını qarışdırın. Bununla ayaqlarınıza dairəvi hərəkətlərə masaj edin. Sonra isti su ilə durulayıb ardından zeytun yağı çəkin.

Sabun istifadə edirsizsə, nəmləndirici tərkibli sabun istifadə edin. Ayaqları sabunla yuduqdan sonra mütləq ayaqlara nəmləndirici çəkin.

 

Maska 3

Quru sabun

Qabartma tozu

Qabartma tozunu bir miqdar duru sabunla qarışdırıb ayaqlarınıza çəkin. Qabardığını görəcəksiniz. Sonra ilıq su ilə durulayın. Nəmləndirici çəkin.

 

Ayaqlarınızı həftədə iki dəfə yumşaq fırça ilə fırçalayın. Zeytun yağı və hindqozu yağından nəmləndirici kimi istifadə edin.

 

Bal və qara şəkər tozunu qarışdırıb bununla ayaqlarınızı dairəvi hərəkətlərlə masaj edin. Sonda hindqozu yağı, ya da zeytun yağı kimi nəmləndirici vurun.  (aile.lent.az)


INSTAGRAM - Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin
loading...
loading...