“Qarabağ” “Atletiko” ilə tarixi heç-heçəyə imza atdı! 500 min avro qazanc - YENİLƏNDİ

“Qarabağ” “Atletiko” ilə tarixi heç-heçəyə imza atdı! 500 min avro qazanc – YENİLƏNDİ

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirir.

Ağdam təmsilçisinin qonağı Madrid “Atletiko”sudur.

Hər iki komanda cari mövsümdə qrup mərhələsində qələbəyə həsrətdir. Keçirdiyi hər iki oyunda uduzan Qurban Qurbanovun yetirmələri doğma azarkeşlər önündə iddialı rəqibi büdrətmək niyyətindədir.

***

75-ci dəqiqədən Ağdam təmsilçisi 10 nəfərlə mübarizə aparıb – Dino Ndlovu ikinci sarı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

Gərgin və qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb – 0:0.

Beləliklə, tarixində ilk dəfə olaraq Çempionlar Liqasının final mərhələsində yarışan “Qarabağ” turnirdə ilk xalını qazanıb.

Qrupumuzda turnir cədvəli belədir: Çelsi – 6, Roma – 4, Atletiko – 2, Qarabağ – 1.

***

“Qarabağ” “Atletiko” ilə heç-heçəyə görə 500 min avro qazanıb.

İspaniya “Atletiko”su ilə Çempionlar Liqasının qrup mərhələsinin III tur matçında etdiyi heç-heçə “Qarabağ”a təkcə 1 xal qazandırmayıb.

Publika.az bildirir ki, bu nailiyyət sayəsində Ağdam klubu daha 500 min avro gəlir əldə edib.

Qaydalara əsasən, qrup mərhələsindəki hər qələbə əlavə 1,5 milyon avro, heç-heçə isə 500 min avro qazanc deməkdir. Daha əvvəl “Qarabağ” Çempionlar Liqasının 32 iştirakçısından biri kimi 12,7 milyon avroya sahib olub. (publika.az)


INSTAGRAM - Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin
loading...