Dünya şöhrətli psixoloqdan motivasiyaedici 10 fraza

Dünya şöhrətli psixoloqdan motivasiyaedici 10 fraza

Zaman-zaman hamımız çıxılmaz vəziyyətə düşürük. Belə vaxtlarda bəzən özümüzü itirir və problemi necə həll edəcəyimizi bilmirik. Dostlar və doğmalar hər zama köməyə çata bilmir. Deyl Karnegidə isə ən optimal çıxış yolu həmişə var!

Münaqişəsiz ünsiyyət konsepsiyasını Deyl Brekendric Karnegi hazırlayıb və insanlara öyrədib. Odur ki, insan münasibətləri sahəsində dünya şöhrətli Amerika mütəxəssisi Deyl Karneginin fikirləri ilə tanış olmağa dəyər.

Əgər insanları dəyişmək istəyirsənsə, onda birinci özündən başla. Bu, həm faydalı, həm də təhlükəsizdir.

Qadının üzünün ifadəsi əyninə geyindiyi paltardan daha vacibdir.

Hər zaman məşğul olun. Bu, dünyada ən effektli və ən ucuz dərman vasitəsidir.

Sözsüz ki, ərinizin hansısa çatışmayan cəhətləri var. Əgər o, müqəddəs olsaydı, onda heç vaxt sizinlə evlənməzdi.

İnsan özü-özü ilə mübarizəyə başlayıbsa, bu, artıq nəyəsə dəyir.

Əgər tale sizə limon verirsə, ondan limonad düzəldin.

Gülüş heç nəyə satılmır, amma yüksək qiymətləndirilir.

Bal istəyirsinizsə, arı pətəyini məhv etməyin.

Hər bir insan gün ərzində heç olmasa 5 dəqiqə axmaq olur. əsl müdriklik odur ki, həmin vaxt limitini artırmayasan.

Gələcəklə bağlı narahatlıq hissi keçmişin yükünə əlavə olunur və indi daşıdığınız yükü artırır. Bu, hətta ən güclü insanı öz yolunda büdrəməyə məcbur edir. Artıq yükləri atın getsin, o zaman yaşamaq asan olacaq. (publika.az)


loading...